SON DƏQİQƏ: Azərbaycanın qonşuluğunda ZƏLZƏLƏ oldu
Bizi izləyin

Region

SON DƏQİQƏ: Azərbaycanın qonşuluğunda ZƏLZƏLƏ oldu

İranın qərbində yerləşən Kirmanşah vilayətinin Qəsre-Şirin rayonunun Sumar sərhəd bölgəsində 4 bal gücündə zəlzələ baş verib.

Bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi bildirib.

Zəlzələ yerli vaxtla saat 08:32-də 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat barədə məlumat verilməyib.

Son günlər İranın qərb və cənub bölgələrində ardıcıl güclü zəlzələlər qeydə alınıb. Bu zəlzələlərdə indiyədək tələfatın olmadığı bildirilib.

Əlavə edək ki, ötən il 8 noyabrda İranın Şərqi Azərbaycan vilayətinin Miyana rayonunun Tərk şəhəri ətrafında yerli vaxtla saat 02:17-də 5,9 bal gücündə zəlzələ baş verib. Təbii fəlakət nəticəsində 5 nəfər həlak olub, 700-dən çox insan yaralanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm