İran ABŞ bazalarını bu səbəbə görə asanlıqla vura bildi
Bizi izləyin

Region

İran ABŞ bazalarını bu səbəbə görə asanlıqla vura bildi

Bağdad ABŞ-ın İraqa “Patriot” hava hücumundan müdafiə sistemləri yerləşdirməsinə razılıq vermir.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə naziri Mark Esper açıqlama verib. O bildirib ki, İranın ABŞ bazalarına hücumundan sonra müdafiə sistemlərinin İraqa yerləşdirilməsi daha da vacib hal alıb. Lakin İraq hökuməti hələlik buna icazə vermir.

Pentaqon rəhbərinin sözlərinə görə, məsələ ilə bağlı İraq hökuməti ilə danışıqlar davam edir.

Hərbi mütəxəssislərin fikrincə ABŞ-ın İraqdakı bazaları “Patriot” sistemləri ilə müdafiə olunsaydı fəsadlar daha az olardı.

Anar Türkeş

Oxumağa davam et
Reklam
Reklam

Gündəm