Region
Ərdoğandan SƏRT AÇIQLAMA: Qurban vermək lazımsa, verəcəyik!
Bu gün Suriyada və digər bölgələrdə verdiyimiz savaşı, Allah göstərməsin, sabah Şırnaqda, Hatayda, Qazianteptə etmək məcburiyyətində qala bilərik. Çünki qarşımızdakı ssenarinin hədəfi Suriya deyil, Türkiyədir.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul millət vəkilləri ilə Dolmabaxça Ofisində görüşündə deyib. O bildirib ki, Suriyada istədiklərini alanalar sabah silahlarını Türkiyəyə doğru yönəldəcək:
“PKK-nın 1984-cü ildə həyata keçirdiyi terror hadisələrində nə qədər insan itirdiyimizi unutmamalıyıq. Bu gün Suriyada xüsusi hazırlıq görmüş terrorçuların sayı 60 minə yaxındır. Biz əgər Suriyadakı mübarizəmizi başa çatdıra bilməsək, həmin terrorçuların çoxu ölkəmizə yönələcək. Bu baxımdan bizim Suriyada terrora qarşı apardığımız mübarizənin hər birimizin gələcəyi üçün olduğunu hər kəs görməli və qəbul etməlidir”.
Ərdoğan “Türkiyənin Suriyada nə işi var?” deyənlərə də cavab verib:
“Mən də bizə bu sualı verənlərə sual verirəm: Nə edək, terrora təslim olaq? Ölkəmizə düşmən olan bir rejimə boyun əyək? Vətənimizin bütövlüyünə göz dikənlərin önündə diz çökək? Suriyadakı insanların gedəcək bir evi, Türkiyələri var. Bəs bizim gedəcək yerimiz varmı? Kimlərsə ağlından ABŞ-ı, Avropanı keçirə bilər, amma siz də bilirsiniz ki, oradan bizə vətən olmaz. Buna görə də birlikdə ölkəmzə sahib çıxmalıyıq. Bunun üçün nəyi qurban vermək lazımdırsa, verəcəyik”.
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu