Mehdi BİR AY sonra zühur edəcək - İrandan SENSASİYA (FOTO)
Bizi izləyin

Region

Mehdi BİR AY sonra zühur edəcək - İrandan SENSASİYA (FOTO)

Koronavirus pandemiyası və təbii fəlakətlər Mehdinin gəliş əlamətidir. Bu virusu hər yerə və hər kəsə yayın!

Publika.az Axar.az-a istinadən xəbər verir ki, bunu iranlı alim Əlirza Pənahian “Tasnim” agentliyinə açıqlamasında deyib.

Pənahian koronavirusun bütün bəşəriyyəti yox olmaq təhlükəsi ilə qarşı-qarşıya qoyacağını və bir xilaskarın gəlib insanları xilas edəcəyini bildirib.

İqtisadi çətinliklərlə ən çox mübarizə aparan ölkələrdə dini hakimiyyətlərə ehtiyac olduğunu söyləyən din xadimi Mehdinin də belə yerlərdən çıxacağını deyib.

Pənahian Mehdinin ortaya çıxacağı vaxtı da göstərib. Onun sözlərinə görə, 12-ci imam Ramazan ayından əvvəl gələcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm