Region
Türkiyədə 4 məşhur həkim koronavirusun qurbanı oldu
Son bir neçə həftədə Türkiyənin 4 tanınmış professoru koronavirus qurbanı olub.
Publika.az xəbər verir ki, Türkiyənin ən önəmli təbiblərinin yetişdiyi, İstanbul Universitetinin Çapa Tibb fakültəsinin daxili xəstəliklər professoru Cəmil Taşçıoğlu koronavirusdan vəfat edib. 68 yaşlı Taşçıoğlu Türkiyədə koronavirusa yoluxan ilk xəstənin həkimi idi. Acı xəbəri onun oğlu Onur Taşçıoğlu sosial media hesabından açıqlayıb.
Həyatını itirən professorlardan biri də Feriha Özdür. Bu barədə professorun tələbələri instaqramda məlumat yayıb.
Tibb dünyasının görkəmli simalarından olan Fevzi Aksoy Gyote İnstitutunun qurucularından biri idi. Bir müddət əvvəl koronavirus diaqnozu ilə reanimasiyaya yerləşdirilən məşhur professor xəstəliyə qalib gələ bilməyib.
Urologiya professoru Sedat Tellalloğlu da virus nəticəsində 85 yaşında dünyadan köçüb.
Koronavirusa yoluxan təqaüdçü professor Dr. Murat Dilmenerin isə hazırda süni tənəffüs aparatına bağlı olduğunu və ağır xəstəliklə mübarizə apardığı deyilir.
Aytən Məftun
-
Region16:00
Başı özünə qarışan Makrondan Paşinyan əl çəkmir: Yenə dəvət etdi
-
Dünya15:25
Liviyanın "Əsəd"i hərəkətə keçdi: Rusiya bu şəhərə qoşun göndərir
-
Dünya13:40
Trüdo baş nazir kreslosunu itirir - Görün nə ilə hədələyirlər
-
Sosial13:35
Polkovnik-leytenantın qızı Türkiyədə vəfat etdi
-
Sosial12:00
Adı ət olsa da... - Görün farş adı altında bizə nə yedirdirlər
-
Sosial11:30
Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?
-
Sağlamlıq10:50
Təzə və ya köhnə olduğu bilinməyən çərəzlər: Bizi hansı təhlükə gözləyir?
-
Rəsmi xronika10:20
İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi