10 mindən çox insan koronavirusdan sağaldı - TÜRKİYƏDƏ
Bizi izləyin

Region

10 mindən çox insan koronavirusdan sağaldı - TÜRKİYƏDƏ

Yeni növ koronavirus (COVID-19) infeksiyasından Türkiyədə bir gündə daha 121 nəfər dünyasını dəyişib. Bu, dünənkindən 5 nəfər azdır. Bununla da, ölkə üzrə dünyasını dəyişənlərin ümumi sayı 1890 nəfərə çatıb.
Publika.az
xəbər verir ki, epidemiya ilə bağlı vəziyyətə dair son rəqəmlər barədə Türkiyə Səhiyyə Nazirliyinin rəsmi saytında məlumat verilib. Aprelin 18-də ölkə üzrə 40 min 520 nəfər üzərində test aparılıb. Onlardan 3 min 783 nəfərdə infeksiya aşkarlanıb. Bu gün yoxlanılan təxminən hər 11 nəfərdən biri xəstə çıxıb. Müqayisə göstərir ki, yoluxmalarda əhəmiyyətli dərəcədə azalma var.
İndiyədək testdən keçirilənlərin ümumi sayı 598 min 933 nəfərə çatıb. Ümumilikdə, 82 min 329 nəfər müalicəyə cəlb olunub. Hazırda 1894 nəfər reanimasiyadadır.
İndiyə qədər 10 min 453 nəfərin müalicəsi uğurlu olub. Aprelin 18-də 1822 nəfər sağalaraq evə buraxılıb. Bu gün sağalananların sayı dünənkindən 280 nəfər çoxdur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm