Türkiyə 31 ölkə üçün sərhədləri açır - Səbəb bilindi
Bizi izləyin

Region

Türkiyə 31 ölkə üçün sərhədləri açır - Səbəb bilindi

Türkiyəyə müalicəyə gedənlər üçün qadağalar mayın 20-dən ləğv ediləcək.

Publika.az 1tv.ge-yə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Türkiyədəki səfiri Qiorqi Janjğava deyib.

O bildirib ki, Türkiyə Səhiyyə Nazirliyinin qərarına əsasən, mayın 20-dən etibarən ölkəyə müalicə məqsədi ilə daxil olan pasiyentlər üçün pandemiya səbəbi ilə qoyulan məhdudiyyətlər aradan qaldırılır. Bu, 31 ölkəyə, o cümlədən Gürcüstan vətəndaşlarına şamil olunacaq.

"Türkiyə Səhiyyə Nazirliyi ölkəyə giriş, xəstəxanaya qəbul, müalicə və təcrid olunmanı təmin etmək üçün müvafiq tənzimləmələr müəyyən edib. Həmçinin, nazirlik, müalicəyə gələn şəxslə birlikdə gələnlərə görə də qaydaları və normaları müəyyən edəcək" - deyə, səfir məlumat verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm