Region
Yunan mediası: “Döyüş gəmiləri və təyyarələr Türkiyəyə qarşı hərəkətə keçdi” - FOTO
Türkiyə ilə Yunanıstan arasındakı seysmik tədqiqat fəaliyyətindəki gərginlik kritik mərhələyə daxil olub.
Publika.az-ın məlumatına görə, Türkiyənin Aralıq dənizinin şərqindəki ərazilərdə seysmik tədqiqat işləri aparmaq üçün ötən gün Oruc Rəis araşdırma gəmisi NAVTEX bölgəsinə 5 freqatla birlikdə daxil olub.
Bundan sonra Yunan mətbuatı bir sıra iddialar ortaya atıb. Ölkənin geniş oxucu kütləsinə malik qəzetlərindən biri olan “Ta Nea” qəzeti "Yunan freqatları Oruc Rəisin qarısında” başlıqlı yazı hazırlayıb. Məqalədə qeyd olunub ki, Yunan donanmasının gəmiləri və freqatları hazır vəziyyətə gətirilib.
Qəzet Yunan donanmasının Oruc Rəisin bütün fəaliyyətini yaxından izlədiyini və Yunan Milli Əməliyyat Mərkəzinin bütün məlumatları araşdırdığını yazır: “Yunanınstan Hərbi Dəniz Qüvvələri Türkiyənin tədqiqat gəmisinin fəaliyyətini yaxından izləyir və bölgəni tərk etmək çağırışını hər 15 dəqiqədən bir həyata keçirir. Hazırda Yunan donanması Egey dənizinin cənub-şərqində döyüş mövqeyini tutur. Hərbi Hava Qüvvələrinin döyüş təyyarələri isə uçuşa hazırdır".
Yunanıstanın ən çox oxunan qəzetlərindən biri olan “Kathimerini” də hadisələri qəzetin manşetinə çıxarıb: “Türkiyə və Yunanıstan gəmiləri hazırda qarşı-qarşıyadır. Etibarlı mənbələrə görə növbəti 24 saat çox vacib sayılır", xəbərdə qeyd olunub.
Akqabay Mıradov
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı