Ankaradan ABŞ-a REAKSİYA – XİN sözçüsünün açıqlamasını rədd edirik
Bizi izləyin

Region

Ankaradan ABŞ-a REAKSİYA – XİN sözçüsünün açıqlamasını rədd edirik

Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Hami Aksoy ABŞ Dövlət Departamentinin sözçüsünün "həddini aşan" açıqlama verdiyini və bu açıqlamanı tamamilə rədd etdiklərini bildirib.

Publika.az xəbər verir ki, ABŞ rəsmisi Rəcəb Tayyib Ərdoğanın Həmas Siyasi Bürosunun sədri İsmayıl Haniyyə və nümayəndə heyəti ilə 22 avqustda İstanbulda görüşməsi ilə əlaqədar açıqlama verib.

"Terror təşkilatlarının siyahısında olan və FETÖ liderinə ev sahibliyi edən PKK-nı açıq şəkildə dəstəkləyən bir ölkənin bu mövzuda üçüncü ölkələrlə danışmaq haqqı yoxdur", - H.Aksoy deyib.

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü Morqan Ortaqus açıqlamasında Həmasın terror təşkilatı olduğunu bildirib və Ərdoğanın Həmas rəhbərləri ilə danışıqlarının Türkiyənin beynəlxalq ictimaiyyətdən təcrid olunmasına və Fələstin xalqının mənafelərinə zərər verməsinə xidmət etdiyini deyib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm