Onlayn dərs keçən müəllimin uşağı 7-ci mərtəbədən YIXILIB ÖLDÜ - FOTO
Bizi izləyin

Region

Onlayn dərs keçən müəllimin uşağı 7-ci mərtəbədən YIXILIB ÖLDÜ - FOTO

Türkiyədə onlayn dərs zamanı bədbəxt hadisə baş verib.

Publika.az İHA-yaistinadla xəbər verir ki, Türkiyənin Konya şəhərinin Çumra qəsəbəsində fərqli məktəblərdə müəllimlik edən Mustafa və Deniz Bayram cütlüyünün azyaşlı övladları faciəvi şəkildə ölüb.

Cütlüyün pandemiya ilə əlaqədar distant təhsil keçmələri üçün qonşularının evinə qoyduqları 1,5 yaşlı uşaqları 7-ci mərtəbənin eyvanından yıxılaraq vəfat edib.

Məlumata görə, azyaşlı Kumsal adlı qız uşağı qonşunun eyvanındakı stolun üstünə çıxarkən müvazinətini itirərək yıxılıb. Uşağın yıxıldığından xəbər tutan valideyinləri və qonşu aşağı enəndə artıq uşağın keçindiyini görüblər. Ata Mustafa Bayramın yaşadığı dəhşət anbaan kameralara düşüb.

Azyaşlının cənazə namazı qılınıb, ardından torpağa tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm