Türkiyədə virusdan ölənlərin sayı 9 mini ötdü
Bizi izləyin

Region

Türkiyədə virusdan ölənlərin sayı 9 mini ötdü

Türkiyədə son sutka ərzində 1 671 yeni yoluxma faktı qeydə alınıb.

Publika.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bu gün 57 nəfər koronavirusdan dünyasını dəyişib. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 9 014, yoluxanlar isə 340 min 450 nəfərə çatıb.

Türkiyədə indiyədək 298 min 368 xəstə sağalaraq evə buraxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm