Rusiyadan Xəzər donanması ilə bağlı KRİTİK ADDIM: qırıcıları göndərir
Bizi izləyin

Region

Rusiyadan Xəzər donanması ilə bağlı KRİTİK ADDIM: qırıcıları göndərir

Rusiya Cənub Hərbi Dairəsinin döyüş potensialını inkişaf etdirmək üçün Xəzər donanmasına dəniz aviasiya bölmələri daxil edəcək.

Publika.az xəbər verir ki, bu barədə Mərkəzi Hərbi Dairənin komandiri Aleksandr Dvornikov RİA “Novosti”yə açıqlamasında deyib.

O bildirib ki, Rusiya tarixində ilk dəfə bu addımı atır: “Qarşıdan gələn 2021-ci ildə Cənub Hərbi Dairəsi döyüş potensialını artırmağa davam edəcək. Bu çərçivədə Xəzər donanmasına dəniz aviasiya bölmələri daxil olacaq”.

A.Dvornikov, ayrıca, üç minə yaxın yeni və modernləşdirilmiş silah, təyyarə, helikopter, gəmi, tank və son komandanlıq idarəetmə avadanlığı və rabitə vasitələri daxil olmaqla, hərbi və xüsusi texnikanın qoşunlar tərəfindən alındığını söyləyib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm