PKK-nın 53 tondan çox qida məhsulu ƏLƏ KEÇİRİLDİ
Bizi izləyin

Region

PKK-nın 53 tondan çox qida məhsulu ƏLƏ KEÇİRİLDİ

Terror təşkilatı PKK-ya qarşı aparılan əməliyyatlar zamanı 2 il ərzində ümumilikdə 53 ton 381 kiloqram qida ələ keçirilib.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin yayımladığı infografikada 2019 və 2020-ci illərdə təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilən əməliyyatlar zamanı terror təşkilatı üzvlərinin istifadə etdikləri sığınacaqlarda və mağaralarda aşkar edilmiş yaşayış üçün zəruri olan məhsulların siyahısı yer alıb.

2019-cu ildə un, şəkər, çay, yağ, quru paxlalı qidalar və pendirdən ibarət olan 14 ton 504 kiloqram ərzaq məhsulu ələ keçirilib. Bu rəqəm 2020-ci ildə 38 ton 877 kiloqrama çatıb.

Bundan əlavə, 2019-cu ildə sığınacaqlarda məişət üçün yararlı olan 748 boş, 638 dolu, 2020-ci ildə 825 boş, 638 dolu qaz balonları aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm