Ərdoğan: "Dənizçilərin xilası üçün səylər davam etdirilir"
Bizi izləyin

Region

Ərdoğan: "Dənizçilərin xilası üçün səylər davam etdirilir"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dəniz quldurlarının hücumuna məruz qalan gəminin kapitanlarından biri Furkan Yarenlə növbəti dəfə telefonla danışıb.

Publika.az xəbər verir ki, bu barədə "Haber 7" məlumat yayıb.

Bildirilib ki, hadisə ilə əlaqədar bütün prosesləri yaxından izləyən ölkə başçısı Qabonda lövbər salan gəmidə sağ qalan üç nəfərin səhhəti ilə maraqlanıb. Onlara sağlamlıq arzulayıb.

Ərdoğan girov götürülən 15 heyət üzvünün xilas olunması üçün səylərin davam etdiyini bildirib.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər. Gəmi dünən Qabonun “Gentil” limanında lövbər salıb.

Qeyd edək ki, yanvarın 23-də dəniz quldurları Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə hücum edib. Nəticədə gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, hücum zamanı Fərman İsmayılov adlı azərbaycanlı mühəndis öldürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm