Karantini pozanlara 23 min cərimə yazıldı
Bizi izləyin

Region

Karantini pozanlara 23 min cərimə yazıldı

Türkiyənin İzmir şəhərində koronavirusla mübarizə tədbirləri çərçivəsində əyləncə məkanının sahibi və müştəriləri 110 min TL (təxminən 23 min manat) cərimələnib.

Publika.az xəbər verir ki, İzmir polisi əyləncə məkanının qapılarını içəridən kilidləyərək müştərilərə xidmət edən məkanın sahibinə qadağa saatında işlədiyi üçün 25 min (5230 manat), sənədlərin olmadığına görə 10 min (2092 manat), analizi əlverişsiz etdiyi üçün 5 min (1046 manat), içəridəki 22 nəfərə isə küçəyə çıxma qadağasını pozduğuna və sosial məsafə qaydalarını gözləmədiklərinə görə 69 min 960 TL (14 635 manat) cərimə yazıb. Qapalı məkanda siqaret çəkən 2 nəfər isə 300 TL (62 manat) cərimələnib.

Polis məkanın qapısını möhürləyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm