Region
Sofi Nurəddin ləqəbli təhlükəli PKK terrorçusu MƏHV EDİLDİ
Türkiyə Milli Təhlükəsizlik Təşkilatının uzun zaman kəsiyində həyata keçirdiyi tədbirlər sayəsində təhlükəli PKK terrorçusu Sofi Nurəddin ləqəbli cinayətkar İraqın şimalında məhv edilib.
Publika.az xəbər verir ki, bu məlumatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin növbəti iclasından sonra ictimaiyyətə müraciətində deyib.
Türkiyənin terrorizmlə mübarizədə qətiyyətli olduğunu bir daha diqqətə çatdıran dövlət başçısı bildirib ki, PKK-nın bir sıra qanlı əməllərinin əsas təşkilatçılarından olan Sofi Nurəddin “Fırat qalxanı” və “Zeytun budağı” antiterror əməliyyatlarında iştirak edən türkiyəli hərbçilərə qarşı hücumları təşkil edib.
Qeyd edək ki, axtarışda olan suriyalı Sofi Nurəddin PKK-nın aparıcı simalarından biri olub.
-
Dünya13:37
Bəşər Əsədin 2014-cü ildə öldürülən əmisi oğlunu "asdılar" - FOTOFAKT
-
Cənubi Qafqaz12:53
Bakı və İrəvan Vaşinqtona nə deyir? - Narışkin ABŞ-ın planını de-şifrə etdi
-
Hadisə11:55
Bu rayonun icra başçısının tükürpədən əməlləri
-
İKT11:06
“Whatsapp”a "ev yıxan" yenilik gəlir
-
Yaxın Şərq10:30
Rusiyanın hərbi bazaları necə olacaq? - Suriyanın yeni hakimiyyətindən rəsmi açıqlama
-
Avropa09:18
Zelenski Parisdə Trampa görün nə deyibmiş: Putin yalnız ondan qorxur və...
-
Dünya09:12
Ağlasığmaz məbləğ: Əsəd Suriyadan bu qədər pul çıxarıb
-
İdman08:48
Qurban Qurbanovun oğlu "Traktor"a transfer olunur?