Türkiyədə komendant saatının müddəti AZALDILDI
Bizi izləyin

Region

Türkiyədə komendant saatının müddəti AZALDILDI

Türkiyədə koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən komendant saatının müddəti azaldılıb.

Publika.az xəbər veir ki, iyun ayı ərzində komendant saatı bazar ertəsindən şənbə gününə kimi saat 22:00-dan 05:00-dək, həmçinin bazar günü bütün gün ərzində qüvvədə olacaq.

Həmçinin ölkə Prezidenti Tayyib Ərdoğan koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlərin bir hissəsinin ləğv edildiyini elan edib.

Bundan əlavə, ölkədə iyunun 1-dən etibarən kafe və restoranlar, bütün lazımi tədbirlərə riayət edərək yerində xidmət göstərə biləcəklər.

Qeyd edək ki, daha əvvəl komendant saatı bazar ertəsindən cümə gününə kimi 21:00-dan 05:00-dək, həmçinin şənbə və bazar günləri bütün gün ərzində davam edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm