Daha 379 Türkiyə vətəndaşı Əfqanıstandan çıxarıldı
Bizi izləyin

Region

Daha 379 Türkiyə vətəndaşı Əfqanıstandan çıxarıldı

“Taliban”ın Əfqanıstanın bütün ərazisini nəzarətə götürdüyünü elan etməsindən sonra bu ölkədə olan və vətənə qayıtmaq istəyən Türkiyə vətəndaşlarının təxliyəsi davam edir.

Publika.az xəbər verir ki, növbəti təxliyə prosesi ötən gecə baş tutub.

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus 2 təyyarı 379 nəfəri Əfqanıstandan Türkiyəyə gətirib.

Onlar gecə saatlarında Kabilin Hamid Karzai beynəlxalq hava limanından yola düşüblər. Təxliyə edilən şəxslər COVID-19 ilə bağlı müvafiq prosedurlar çərçivəsində evlərində karantin rejimində qalacaqlar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm