Peskovdan Moskva görüşü haqda AÇIQLAMA
Bizi izləyin

Region

Peskovdan Moskva görüşü haqda AÇIQLAMA

Kremlin sözçüsü Dmitri Peskov Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada gözlənilən danışıqları barədə məlumatı şərh edib.

Publika.az-ın məlumatına görə, Peskov bildirib ki, əgər Ermənistan və Azərbaycan arasında sammitin keçirilməsi ilə bağlı razılıq əldə olunarsa, bu barədə məlumat veriləcək.

"Belə bir razılıq əldə olunarsa, sizə bu barədə dərhal məlumat verəcəyik", - Peskov qeyd edib.

Xatırladaq ki, noyabrın ilk on günlüyündə üç ölkə liderlərinin Moskvada görüşəcəyi və iki sənədin qəbul ediləcəyi barədə mediada məlumat yayılmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm