Şoyqudan KRİTİK AÇIQLAMA: Yaxında təxribat ola bilər
Bizi izləyin

Region

Şoyqudan KRİTİK AÇIQLAMA: Yaxında təxribat ola bilər

ABŞ, NATO və Qara dənizə uzaqmənzilli dəqiqlikli silahlarla daxil olan digər ölkələr dəniz sahillərinin və Rusiyanın cənubunun necə mühafizə olunduğunu sınaqdan keçirməyə çalışırlar.

Publika.az xəbər verir ki, bunu Rusiyanın Müdafiə naziri Sergey Şoyqu deyib.

O bildirib ki, Rusiyanın sərhəd sularına daxil olan qeyri-regional güclərə məxsus gəmilərin göyərtəsində müxtəlif növ silahların olması hər kəsə məlumdur: "Bu, təbii ki, turistlə gəzinti deyil, biz onu izləyirik, müşayiət edirik və başa düşürük ki, hər an hər hansı bir təxribat mümkündür. Çünki o qədər də uzaqda deyil. Ancaq biz buna imkan verməməliyik”.

S.Şoyqu əlavə edib ki, Qara dənizə bu daşınmalar həm də Rusiyanın nə qədər hazır olduğunu, sahil boyunca bütün sistemi nə qədər yaxşı qurduqlarını yoxlamaq üçün bir cəhddir: "Onlar bu işdə, bu cür yoxlamalarda və kampaniyalarda tək deyillər. Sonra mənim başa düşdüyüm kimi, onların təlimləri, qonşularımızla təlimləri, Gürcüstan donanması və Ukrayna donanması ilə təlimləri olacaq. Biz də təlimlər keçiririk və keçirməyə davam edəcəyik".

Qeyd edək ki, hazırda Qara dənizdə ABŞ Hərbi Dəniz Qüvvələrinin iki gəmisi - "Mount Whitney" komanda gəmisi və hərəkətlərinə Qara Dəniz Donanmasının qüvvə və vasitələri tərəfindən nəzarət edilən və idarə olunan raket silahları ilə təchiz olunan "Porter" esminesi var. Bundan əvvəl ABŞ-ın Altıncı Donanması gəmilərin NATO müttəfiqləri və regiondakı tərəfdaşları ilə birgə əməliyyatlar aparmaq üçün Qara dənizə yollandığını bildirib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm