Çavuşoğlu "Dubay EXPO 2020"də Azərbaycan Pavilyonuna baş çəkdi - FOTO
Bizi izləyin

Region

Çavuşoğlu "Dubay EXPO 2020"də Azərbaycan Pavilyonuna baş çəkdi - FOTO

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində “Dubay EXPO 2020” ümumdünya sərgisində Azərbaycan Pavilyonuna baş çəkib.

Publika.az xəbər verir ki, nazir Azərbaycan Pavilyonunda nümayiş etdirilən ölkəmizə məxsus sərgi nümunələri ilə tanış olub.

M.Çavuşoğlu pavilyonun xatirə kitabına ürək sözlərini yazıb:

“Bu gün “Dubay EXPO” ziyarətimdə Can Azərbaycanın pavilyonuna baş çəkməkdən məmnun oldum. Hərtərəfli şəkildə Azərbaycanı təqdim edən pavilyon üçün təbrik edirəm. Bir millət, iki dövlət, Türkiyə-Azərbaycan”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm