Soydaşlarımız Elat Bayramı keçirəcək
Bizi izləyin

Region

Soydaşlarımız Elat Bayramı keçirəcək

Bir neçə ildir ki, Gürcüstanda yaşayan azərbaycanlıların təşkil etdikləri Elat bayramı (hazırda Dmanisoba bayramı-red.) ənənəvi olaraq Armudlu yaylasında keçirilsə də, bu il rayon mərkəzində baş tutacaq.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın Dmanisi meriyası məlumat yayıb.

Məlumatda qeyd edilir ki, tədbir 26 iyul saat 15:00-da meriya binası yaxınlığında qeyd olunacaq.

Tədbirdə bayram konserti ilə yanaşı müxtəlif idman növləri üzrə nömrələır nümaiş etdiriləcək.

Xatırladaq ki, Dmainisi rayonunun Armudlu yaylasında 2009-cu ildən "Elat", 2016-cı ildən isə bayram tədbiri "Dmanisoba" adı ilə Dmanisi rayonunda yaşayan müxtəlif etnik azlıqların birlik və bərabərlik bayramı kimi qeyd olunur.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm