İstanbulda ağır qəza: 10 nəfər yaralandı
Bizi izləyin

Region

İstanbulda ağır qəza: 10 nəfər yaralandı

İstanbulun Başakşehir rayonunda iki avtomobilin iştirakı ilə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Bildirilib ki, taksinin digər minik avtomobili ilə toqquşması nəticəsində yaralanmış on nəfərdən üçü sıxılaraq avtomobildə qalıb. Onları xüsusi texnika ilə çıxarmaq mümkün olub.

Qəza səbəbindən prospekt müvəqqəti olaraq bağlanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar. Onların vəziyyətinə dair məlumat verilməyib.

Faktla bağlı araşdırma aparılır.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm