Region
Aİ-dən İrana ÇAĞIRIŞ
Avropa İttifaqı (Aİ) İranı 22 yaşlı Məhsa Əmininin "çadra qaydalarına əməl etmədiyi" səbəbi ilə saxlanıldıqdan və ölümündən sonra başlayan etirazları yatırmaq üçün zorakılıq tətbiq etməməyə və ictimai internetə icazə verməyə çağırıb.
Publika.az xəbər verir ki, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell İran təhlükəsizlik qüvvələrinin nümayişlərə müdaxiləsinin qeyri-mütənasib olduğunu, ölən və yaralananların olduğunu bildirib.
"Avropa İttifaqı və onun üzv dövlətləri üçün İran hakimiyyətinin Məhsa Əmininin ölümünə etiraz edən qeyri-zorakı nümayişçilərə qarşı geniş və qeyri-mütənasib güc tətbiqi əsassız və qəbuledilməzdir",- deyə Borrell qeyd edib.
C.Borrell söyləyib ki, İrandan etiraz aksiyalarına qarşı zorakılıqla basqıları dərhal dayandırmasını və internetə çıxışı, eləcə də məlumatın sərbəst axınını təmin etməsini gözləyir:
"Bundan əlavə, İrandan ölənlərin və həbs olunanların sayını dəqiqləşdirməsini, zorakılıq etməyən bütün etirazçıları azad etməyi və bütün məhbuslara lazımi hüquqi prosedurla təmin etməsini gözləyirik. Üstəlik, Məhsa Əmininin qətli lazımi qaydada araşdırılmalı və onun iştirakı sübuta yetirilən hər kəs məsuliyyətə cəlb edilməlidir" ifadəsini işlədib".
Tural Turan
-
Nida Xəbər 11:28
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir - Yeniləndi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?