Ərdoğandan Yunanıstana SƏRT MESAJ
Bizi izləyin

Region

Ərdoğandan Yunanıstana SƏRT MESAJ

“Kiminsə ətəyi altında gizlənmək şərəfli iş deyil”.

Publika.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin toplantısından sonra mətbuata açıqlamasında bəyan edib.

O, bildirib ki, Türkiyə öz hüquq və mənafelərini müdafiə etmək üçün əlində olan bütün imkanlardan istifadə etməkdən çəkinməyəcək.

“Yunanıstanı bizim səviyyəmizə yüksəltmək üçün nə hərbi, nə siyasi, nə də iqtisadi yardımlar yetərli deyil, ancaq bunlar Yunanıstanı bataqlığa sürükləmək üçün kifayətdir. Yunanıstanın hər yerində işğalçı kimi görünən xarici hərbi birləşmələr bizi deyil, əslində yunan xalqını narahat etməlidir. Biz Yunanıstana qarşı ölkəmizin hüquq və mənafelərini müdafiə etmək üçün əlimizdə olan bütün imkanlardan istifadə etməkdən çəkinməyəcəyik”, - deyə Türkiyə Prezidenti qeyd edib.

Tural Turan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm