Putin nüvə silahından istifadə edəcək? - Generaldan SENSASİYA
Bizi izləyin

Region

Putin nüvə silahından istifadə edəcək? - Generaldan SENSASİYA

ABŞ-ın istefada olan general-leytenantı Ben Hodces Rusiya Federasiyasının nüvə silahından istifadə ehtimalını qiymətləndirib.

Publika.az xəbər verir ki, o, belə bir ssenarinin mümkün olmadığını qeyd edib.

“Rusiyanın nüvə silahından istifadə etmək şansı çox azdır. Bu, döyüş meydanında heç bir üstünlük vermir”, - general “RBC-Ukrayna”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Kreml ABŞ prezidenti Co Baydenin onlara artıq xəbərdarlıq etdiyi “fəlakətli nəticələrdən” qorxur.

Ukraynada genişmiqyaslı müharibə başlayandan bəri rus təbliğatçıları Moskvanın təkcə Ukraynaya qarşı deyil, həm də Qərb ölkələrinə qarşı nüvə silahından istifadə etməsindən dəfələrlə danışıblar. Bundan başqa, Rusiya prezidenti Vladimir Putin və rəsmi şəxslərdən də təhdidlər gəlib.

Keçən ilin dekabrında Rusiya lideri “nüvə müharibəsi təhlükəsinin artdığını” söyləyib və Moskvanın nüvə silahından istifadə edən ilk ölkə olmadığını söyləyib.

Öz növbəsində ABŞ Dövlət Departamenti Putinin bu təhdidlərini “boş” adlandırıb.

Qeyd edək ki, hələ noyabr ayında NATO nüvə müharibəsi riskinin “aşağı olaraq qaldığını” bəyan etmişdi.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm