Türkiyədə "insanlıq zəlzələsi" - Fəlakətdən dərhal sonra kəskin bahalaşdı
Bizi izləyin

Region

Türkiyədə "insanlıq zəlzələsi" - Fəlakətdən dərhal sonra kəskin bahalaşdı

Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda baş verən və bir çox şəhərdə hiss edilən 7,7 bal gücündə zəlzələ böyük dağıntılara səbəb olub. Son məlumatlara görə, zəlzələdə 912 nəfər həlak olub, 2323 nəfər xəsarət alıb, 1710 bina dağılıb.

Publika.az “Yeni Akit”ə istinadla xəbər verir ki, Türkiyə günə böyük bir zəlzələ ilə oyanarkən, bəzi sərmayəçilərin addımı ölkədə səs-küy yaradıb.

Məlumata görə, zəlzələnin acısı yaşanarkən birjadakı fürsətçilər sement səhmlərini artırıblar. Borsa İstanbulun açılış sessiyasında sement şirkətlərinin səhmlərində kəskin bahalaşma müşahidə olunub.

Birjada sement səhmlərinin bahalaşmasına vətəndaşlar sosial şəbəkədə sərt reaksiya veriblər və “insanlıq ölüb” şərhini yazıblar.

Bəyanatda deyilir ki, 06.02.2023-cü il tarixində baş verən zəlzələ səbəbindən, şirkətlərin zəlzələdən necə təsirləndiyi barədə KAP-da (İctimai Məlumatlandırma Platforması) konkret bir müddəa elan olunana qədər zəlzələ zonasında yerləşən aşağıdakı ortaq səhmlərlə əməliyyatların dayandırılmasına qərar verilib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm