Türkiyədə zəlzələdə ölənlərin sayı 17 mini ötdü - YENİLƏNDİ
Bizi izləyin

Region

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 mini ötdü - YENİLƏNDİ

Türkiyədə zəlzələdə ölənlərin sayı 17 134-ə çatıb, 70 347 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Axtarış-xilasetmə tədbirləri davam edir.

17:57

Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 16 170 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Osmaniyədə çıxışında deyib.

Onun sözlərinə görə, təbii fəlakət nəticəsində 64 194 nəfər yaralanıb.

xxx

15:36

Zəlzələ nəticəsində ölənlərin sayı artıb.

Publika.az xəbər verir ki, ölü sayı 14 351 nəfər olub.

xxx

14:36

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı artmaqda davam edir.

Publika.az xəbər verir ki, zəlzələ bölgəsinə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sözlərinə görə, həlak olanların sayı 14 014 nəfərə çatıb. Yaralıların sayı isə 63 794 nəfərə yüksəlib.

xxx

10:04

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 873 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 937 nəfər yaralanıb.

xxx

04:30

Türkiyədə güclü zəlzələ nəticəsində ölənlərin sayı 12 391 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təbii fəlakət nəticəsində 62 914 nəfər yaralanıb.

Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar baş verib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə yol açıb.

İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm