Türkiyədə seçkilər təxirə salınır? - Ərdoğanın heç bir...
Bizi izləyin

Region

Türkiyədə seçkilər təxirə salınır? - Ərdoğanın heç bir...

Türkiyənin hakim partiyası ümumi seçkilərin müxtəlif variantlarını nəzərdən keçirir, lakin onları təxirə salmaq niyyəti və ya qərarı yoxdur.

Publika.az bu barədə "Hürriyyet" qəzetinə istinadla xəbər verir.

“Ədalət və İnkişaf Partiyasında (AK Parti) bütün variantlar nəzərdən keçirilir, lakin hələlik seçkilərin təxirə salınması ilə bağlı hər hansı qərar və ya niyyət yoxdur. Prezident Ərdoğanın seçkilərin mayın 14-də, partiyanın bəzi üzvlərinin isə 18 iyunda keçirilməsinin tərəfdarı olduğunu söyləmək olar. Ərdoğanın seçkilərlə bağlı heç bir narahatlığının olmadığı bildirilir. Yüksək Seçki Komissiyası (YSK) zəlzələ bölgəsindən köçənlərin və ya zəlzələ zonasında qalanların səs verəcəyi yerlərdə səsvermə üzərində işləyəcək ki, bu məsələlərlə bağlı fikir ayrılığı yaranmasın”, - deyə qəzet yazır.

Türkiyədə seçkilər mayın 14-nə təyin edilib. "Habertürk" telekanalı öz mənbələrinə istinadən cümə axşamı bildirib ki, Türkiyədə ümumi seçkilər hakim partiyanın tələbi ilə altı aydan bir ilə qədər təxirə salına bilər.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm