Putin yeni logistik dəhlizin anonsunu verdi: Volqa-Xəzər kanalının inkişafı sayəsində...
Bizi izləyin

Region

Putin yeni logistik dəhlizin anonsunu verdi: Volqa-Xəzər kanalının inkişafı sayəsində...

Rusiya prezidenti Vladimir Putin səmərəli iqtisadi əlaqələr qurmağa çağırıb və bildirib ki, ölkə artıq əməkdaşlıq üçün beynəlxalq marşrutlara çıxışı olan logistika dəhlizlərini inkişaf etdirir.

Publika.az xəbər verir ki, Rusiya dövlət başçısı bu barədə Federal Məclisə müraciəti zamanı bildirib.

“Biz Qara və Azov dənizlərinin limanlarını inkişaf etdirəcəyik. Artıq beynəlxalq Şimal-Cənub dəhlizinə xüsusi diqqət yetirəcəyik”, - Putin bildirib.

Rusiya prezidenti qeyd edib ki, bu il Hindistan, İran, Pakistan və Yaxın Şərq ölkələri ilə yeni əməkdaşlıq marşrutları açılacaq. Bu, Volqa-Xəzər kanalının inkişafı sayəsində mümkün olacaq.

Həmçinin Putin Federal Məclisə müraciəti zamanı iqtisadiyyatın defşorizasiyası üçün əlavə tədbirlər görməyə çağırıb. O, hökumətdən ölkə parlamenti ilə əlaqə saxlayaraq defşorizasiya prosesini sürətləndirəcək müvafiq tədbirlər təklif etməyi xahiş edib.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm