İranın molla rejiminin güllələtdiyi 60 yaşlı qadın ÖLDÜ
Bizi izləyin

Region

İranın molla rejiminin güllələtdiyi 60 yaşlı qadın ÖLDÜ

İranda neçə ay öncə repressiv molla rejimin cəlladları tərəfindən güllələnən 60 yaşlı qadın vəfat edib.

Publika.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.

Bildirilib ki, keçən il sentyabrın 30-da Zahidan şəhərində molla rejiminin “təhlükəsizlik qüvvələri” tərəfindən güllələnərək ağır yaralanan Zərbibi İsmayılzehi adlı yaşlı qadın dünən dünyasını dəyişib.

Qeyd edək ki, qadın “təhlükəsizlik qüvvələri” tərəfindən güllələnən zaman biri qucağında olmaqla ətrafında bir neçə uşaq olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm