Ərdoğanın yeni kabinetinin ilk ismləri açıqlandı: Hulusi Akarı kim əvəz edəcək?
Bizi izləyin

Region

Ərdoğanın yeni kabinetinin ilk ismləri açıqlandı: Hulusi Akarı kim əvəz edəcək?

Türkiyəli jurnalist Abdulkadir Selvi elan ediləcək yeni kabinetlə bağlı bir sıra məlumatlar verib.

Publika.az xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan şənbə günü Türkiyə Böyük Millət Məclisində and içəcək və yeni kabineti açıqlayacaq.

Abdulkadir Selvi “CNN Türk”-ə kulis məlumatlarını bölüşüb. Selvi bildirib ki, Türkiyə Böyük Millət Məclisinin sədrliyi üçün AK Partiya üzvü Numan Kurtulmuş haqqında danışılır.

O, bildirib ki, Kurtulmuşun adı Prezident Ərdoğanın MHP sədri Dövlət Baxçalı ilə görüşündən sonra daha çox gündəmə gəlib.
Selvi qeyd edib ki, iki vitse-prezident ola bilər: “Onlardan biri iqtisadiyyata məsul olacaq. Bu istiqamətdə Mehmet Şimşək ön plandadır. Ticarət Nazirliyinə Lütfü Elvan, Xəzinə və Maliyyə Nazirliyinə isə Cevdet Yılmaz keçə bilər”,- o deyib.

A. Selvi vurğulayıb ki, Energetika və Təbii Sərvətlər Nazirliyi üçün iki ad daha güclü şəkildə önə çıxır: “Energetika Nazirliyi üçün EPDK sədri Mustafa Yılmaz və Energetika nazirinin müavini Alparslan Bayraktarın adları çəkilir”.

O, Təhlükəsizlik Siyasəti eksperti Mete Yarar və Baş Qərargah rəisi Yaşar Gülərin adının Milli Müdafiə Nazirliyi üçün hallandığını bildirib.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm