Region
Türkiyə xüsusi təyinatlı batalyonu Kosovoya GÖNDƏRDİ

"Türkiyə Kosovoda xüsusi təyinatlılardan ibarət batalyon yerləşdirməyə başlayıb".
Publika.az xəbər verir ki, bu barədə iyunun 4-də Türkiyə Milli Müdafiə Nazirliyi "Twitter" səhifəsində məlumat yayıb .
“65-ci Mexanikləşdirilmiş Piyada Briqadasının komando batalyonunun Kosovoya yerləşdirilməsinə başlanılıb”, - məlumatda deyilir.
Bundan əvvəl Türkiyənin 4-5 iyun tarixlərində Kosovoya xüsusi təyinatlılardan ibarət batalyon göndərəcəyi barədə məlumat yayılmışdı.
Ankara Şimali Atlantika Alyansının Müttəfiq Birləşmiş Qüvvələr Komandanlığının sorğusuna cavab olaraq, əvvəllər NATO Kosovo Qüvvələrinə (KFOR) ayrılmış 65-ci Kırklareli Mexanikləşdirilmiş Piyada Briqadasının bir batalyonunun ehtiyat birlik kimi yerləşdirildiyini açıqlayıb.
Bundan əvvəl Qərb hərbi blokunun baş katibi Yens Stoltenberq Kosovodakı icma qüvvələrini dəstəkləmək üçün 700 hərbçinin göndərildiyini təsdiqləyib. O qeyd edib ki, bu, regionda böhranın sülh yolu ilə həllindən imtina demək deyil.
Hüseyn İbadlı

-
Qarabağ 03:13
ŞOK İDDİA: 3 separatçı lider Ermənistana keçib?
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qıcıqlı davranıb könül sındırmayın
-
Region1 Oktyabr 23:00
Türkiyənin uçan avtomobili TEKNOFEST-də - FOTO
-
İqtisadi gündəm1 Oktyabr 22:24
Azərbaycanda sement BAHALAŞDI - VİDEO
-
Ekologiya1 Oktyabr 21:12
Bu gecə qeyri-adi astronomik hadisə baş verəcək
-
Magazin11 Oktyabr 20:12
Azərbaycanda bu məşhur şəxs oğluna toy etdi - VİDEO
-
İdman1 Oktyabr 19:40
Messi azərbaycanlı iş adamı ilə bir arada - FOTO
-
Magazin11 Oktyabr 19:15
Zaur Kamal bu mövsümdə yeni kanalda - VİDEO