Dünya mətbuatı Ərdoğanın bu təyinatından yazır - FOTO
Bizi izləyin

Region

Dünya mətbuatı Ərdoğanın bu təyinatından yazır - FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Türkiyə Cüumhuriyyəti Mərkəzi Bankına Hafize Qaye Erkan (TCMB) sədr təyinat olub.

Publika.az xəbər verir ki, Hafizə Qaye Erkanın təyinatı dünya mətbuatında geniş şəkildə işıqlandırılıb. Beynəlxalq agentliklər TCMB-nin ilk qadın başqanı Erkanın karyerası haqqında da məlumata yer veriblər.

Bu nəşrlər arasında “Bloomberg” də var. Nəşrin xəbərində Erkanın fəaliyyətinə detallı şəkildə yanaşılıb.

Erkanın təyinatı Yunanıstanın da gündəmindədir. Ölkə başçısı Ərdoğanın qərarından bəhs edilən xəbərdə “Ərkan xanımın niyyəti nədir? Hazırda bununla bağlı heç bir məlumat yoxdur” deyə qeyd edilib.

Bəs təyinatı ilə dünya media gündəmini zəbt edən, "müthiş türk qızı" adlandırılan Hafizə Qaye Erkan kimdir?

1982-ci ildə İstanbulda dünyaya göz açan Erkan “İstanbul Erkek Lisesi”ndən məzun olub. Daha sonra Boğaziçi Universitetində Sənayə mühəndisliyi üzrə təhsil alıb.

Məzun olduqdan sonra ABŞ-da 2005-ci ildə Princeton Universitetində maliyyə mühəndisliyi ixtisası üzrə doktorantura dərəcəsi alıb. Bununla yanaşı Erkan “Harvard Businnes School”da idarəçilik üzrə iki tədris proqramlarını başa vurub.

Erkan karyerasına 2005-ci ildə “Goldman Sachs”da başlayıb. 9 il davam edən stajı boyunca o, ABŞ-da böyük banklar üzrə sığorta şirkətlərinin direktorlar şurasında balansın idarə edilməsi, stress və riskin idarə edilməsi, sərmayə planlaması və s. istiqamətlərdə məsləhətçi kimi çalışıb.

2014-cü ildən isə “First Republic Bank”da çalışmağa başlayıb. Erkan 8 il ərzində baş icraçı direktor (CEO), direktor, idarə heyyətinin üzvü, investisiya direktoru və s. olaraq fəaliyyət göstərib.

Daha sonra mərkəzi ABŞ-da yer alan ziynət əşyaları şirkəti “Tiffany & Co”da 2 il boyunca idarə heyyətinin üzvü olub. Erkan 2022-ci ildə “Fortune 500”-ün n sıralarında yer alan qlobal maliyyə konsaltinqi şirkəti “Marsh McLennan”ın idarə heyətinə qatılıb.

Erkan “San Francisco Business Times”ın 2018-ci ildə apardığı araşdırmaya görə, karyerasında Amerikanın ən böyük 100 bankında direktor və CEO kimi çalışan 40 yaşına çatmayan yeganə qadındır.

O, 2019-cu ildə “Crain s”in “Bankçılıq və maliyyə sektorunda önəmli qadınlar siyahısı” və “American Banker”in “izlənilməsi vacib olan qadınlar siyahısı”nda da yer alıb.

Bankçılıq, riskin idarə edilməsi, texnologiya və rəqəmsal yenilik mövzuları üzrə də mütəxəssis olan Erkan hazırda doktorluq dərəcəsi aldığı Princeton universitetində Əməliyyat araşdırması və maliyyə mühəndisliyi departamentinin məsləhət şurasının üzvüdür.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm