Rusiya-Ukrayna müharibəsində hər şey tərsinə çevrilə bilər - Türk general detalları açıqladı
Bizi izləyin

Region

Rusiya-Ukrayna müharibəsində hər şey tərsinə çevrilə bilər - Türk general detalları açıqladı

Xəbər verdiyimiz kimi, Rusiyanın muzdlu qruplaşması “Vaqner”in qurucusu Yevgeni Priqojinin başlatdığı qiyam dünyada böyük əks-səda doğurub.

Publika.az xəbər verir ki, sözügedən qiyam haqqında “CNN Türk”ə danışan Türkiyənin Hərbi Hava Qüvvələri Kəşfiyyatının sabiq rəhbəri Gürsel Tokmakoğlu bir sıra diqqətçəkən açıqlamalar verib. O, bildirib ki, hazırki vəziyyət Rusiya-Ukrayna müharibəsində hər şeyi dəyişə bilər.

“Yevgeni Priqojin Rusiya ordusunu "Vaqner"ə hücumda ittiham edib və cavab tədbirləri görəcəklərini açıqlayıb. Paylaşdığı bir videoda Priqojin Ukrayna müharibəsi ilə bağlı dünya gündəmini sarsıdacaq açıqlamalar verib, Rusiya ordusuna üsyan edib. Biz bunu keçən həftə gözləyirdik. Düşünürdük ki, Putin nə edəcək. Bu problem çoxdan var və hamıya məlumdur. "Vaqner" qrupunun xeyli döyüşçüsünün Bəxmutda öldüyünü də bilirik. Və bilirik ki, onların yerini doldurmaq üçün məhbuslar həbsxanalardan çıxarılıb”,- Tokmakoğlu deyib.

O qeyd edib ki, Priqojin fərqlənməyi sevir:

"Sosial şəbəkələrdən istifadə etməyi sevir. Bizə isə elə gəlirdi ki, sanki “Vaqner” hər bir şeyə nəzarət edirdi. Qərbin təbliğat bölmələri zəif yeri tutdular. “Vaqner” belə gəldi, elə getdi. Yalnız bu haqda danışırdılar. Putin isə bunlar qarşısında sadəcə susdu.

Bundan sonra necə olacaq? Belə böyük bir dövlət müdafiə xəttindəki mövqeyinə özünəməxsus şəkildə yenidən baxacaq. Bir neçə ay burada qalmağa çalışacaq. Bu prossesdə isə Ukrayna əks-hücum əməliyyatlarını gücləndirmək istəyir. Əgər Ukrayna bir yol tapıb irəli getsə, orada Qara dənizə qısa yol var, onu seçsə, indiyə qədər danışılan, müzakirə edilən bütün məsələlər tərsinə çevriləcək.

Söhbət təbii ki, cəbhədən gedir. İndi Qərb Ukraynanı buna təhrik etmək üçün hər şeyi edir. Kim təzyiqi daha yaxşı idarə edə bilirsə, o da qalib gəlir. Bu qədər sadə. Hazırda Moskva sıxışdırılır”.

Ayşən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm