Region
Simonyandan şok etiraf: Ermənistanın himni oğurluqdur
Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan bildirib ki, gec-tez dövlət himninin dəyişdirilməsinə ehtiyac olacaq.
Publika.az xəbər verir ki, Simonyan Ermənistan himninin oğurluq olduğunu etiraf edib.
“Mənə tamamilə aydındır ki, Ermənistanın himni gec-tez dəyişdirilməlidir. Himn dövlətə, erməni musiqisinə, janra uyğun olmalıdır. Mən təkid etmirəm ki, böyük Aram Xaçatryanın musiqisini əvəz etmək lazımdır. Amma indiki yadplanetli himninin dəyişdirilməsinin zərurət olduğu göz qabağındadır”, - Simonyan Telegram kanalında qeyd edib.
Onun fikrincə, gerbin dəyişdirilməsi məsələsini də müzakirə etmək lazımdır. Gerbdə təsvir olunan simvolları şərh edən Simonyan qeyd edib ki, Ermənistan “su altında” qala bilməz, çünki daşqın bəşəriyyət üçün cəza idi.
Bundan əlavə, gerbdə təsvir olunan, “smaylik”ə oxşayan şir, eləcə də zəncirli qılınc da onu qane etmir.
Qeyd edək ki, Ermənistanın hazırkı hakimiyyəti vaxtaşırı Ermənistanın dövlət rəmzlərinin dəyişdirilməsinin zəruriliyi ilə bağlı məsələ qaldırır. Bundan əvvəl baş nazir Nikol Paşinyan Ermənistanın gerbini tənqid edib.
Tural
-
Nida Xəbər 20:18
Türkiyəni silkələyən qətl: Narinin meyitini Zirəddin tapıb? - ÖZÜ AÇIQLADI
-
Dünya19:48
ÜST dəhşətli statistikanı açıqladı: 20 mindən çox insan...
-
Avropa18:12
Rusiya PUA-sı bu ölkədə göründü: NATO hərəkətə keçdi
-
Nəqliyyat16:24
Sabahdan Bakının mərkəzi 9 günlük BAĞLANIR
-
Hadisə16:15
Prokurorluq əməkdaşı faciəvi şəkildə öldü: toydan sərxoş çıxıbmış... - FOTO/YENİLƏNDİ
-
Hadisə16:00
Cəlilabadda ev yandı: içəridə qalan uşaq xəsarət aldı - FOTO/YENİLƏNDİ
-
İdman14:50
Türkiyəli basketbolçu 34 yaşında öldü
-
Magazin213:40
"İnci Taneleri"nin yeni mövsüm treyleri şok etdi - VİDEO