Onun səmada səhər yeməyi gündəm oldu - VİDEO
Bizi izləyin

Region

Onun səmada səhər yeməyi gündəm oldu - VİDEO

Türkiyənin Erzincan vilayətində məşhur xizək kurortlarından biri olan Ergan Kayak Mərkəzində bir ilkə imza atılıb.

Publika.az xəbər verir ki, Türkiyəli yamac paraşütü (paraplan) pilotu, eyni zamanda “YouTube”r olan Hasan Kaval xüsusi hazırladığı mexanizm sayəsində paraşütünə masa bağlayıb və musiqinin müşayiəti ilə həmin masada səmada səhər yeməyi yeyib. Masada samovar çayı, Erzincanın tulum pendiri və digər yerli məhsullar olub.

Kavalın bu görüntüləri Erzincan valiliyi tərəfindən sosial media hesablarında paylaşılıb və video qısa müddətdə gündəm olub.

Həmçinin Erzincan valisi Hamza Aydoğdu da videonu öz sosial media hesabında paylaşıb.

“Göy üzündə səhər yeməyinin sirri, küləyin səsi... Tulum pendirinə daha çox dad verir. Nuş olsun, Hasan Kaval”, - deyə Hamza Aydoğdu videoya şərh yazıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm