Revanşistlər hərəkətə keçdi: Paşinyan istefaya göndərilir
Bizi izləyin

Region

Revanşistlər hərəkətə keçdi: Paşinyan istefaya göndərilir

Ermənistanın “Birgə” hərəkatı baş nazir Nikol Paşinyanın və bütün nazirlər kabinetinin istefasını tələb edib.

Publika.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi, Ermənistan Demokratik Partiyasının lideri Aram Sarkisyan mətbuat konfransı zamanı bildirib.

Fevralın 20-də hərəkat Azadlıq meydanında mitinq keçirməyi planlaşdırır və bu aksiyada belə tələbin 100 səbəbi təqdim olunacaq.

"Biz Nikol Paşinyana bu məsuliyyətdən qurtulmaqda kömək etmək istəyirik, çünki o, belə hədsiz yükə tab gətirə bilməz", - Sarkisyan bildirib.

Hərəkat nümayəndələri müxalifətin bütün deputatlarını qarşıdan gələn mitinqdə iştiraka dəvət ediblər. Hərəkat üzvləri hesab edirlər ki, parlamentdə Paşinyana etimadsızlıq yaratmaq təşəbbüsü lazımdır.

“Əgər xalq hərəkatı dəstəkləsə və parlamentə təzyiq göstərsə ki, deputatlar istefa tələbini dəstəkləsinlər, o zaman digər siyasi qüvvələrlə birlikdə gələcək müvəqqəti hökumətin tərkibini müzakirə edəcək Şura yaratmağa hazırdırlar”, - deyə siyasətçi bildirib.

Hazırda siyasi qüvvələrlə onların mitinqdə və bütövlükdə prosesdə iştirakı ilə bağlı danışıqlar aparılır.

Öz növbəsində hərəkatın nümayəndəsi, keçmiş baş nazir Qrant Baqratyan bildirib ki, indiki hakimiyyət Qərbin xeyrinə geosiyasi seçim etmək istəyir, ondan kömək gözləyir.

Onun sözlərinə görə, bu gün Ermənistanın iki geosiyasi seçimi var və hər ikisi pis görünür.

“Birinci halda İrəvanın iki düşməni olacaq - Azərbaycan və Türkiyə. Lakin Paşinyan ikinci variantı seçir, burada da Rusiyanı düşmən etmək istəyir”, - Baqratyan hesab edir.

Baqratyan qeyd edib ki, könüllü istefa verəcəyi təqdirdə Paşinyan və ailəsinin təhlükəsizliyinə zəmanət verirlər.

Hərəkat fevralın 20-də mitinq keçirmək qərarına gəlib, çünki həmin gün “artsax” hərəkatının başlanmasının növbəti ildönümüdür. Yürüşdən əvvəl iştirakçılar Yerablur hərbi panteonunu ziyarət etmək niyyətindədirlər.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm