Dünyanı gözləyən fəlakət: Putin buna hazırlaşır - Satanovskidən şok açıqlama
Bizi izləyin

Region

Dünyanı gözləyən fəlakət: Putin buna hazırlaşır - Satanovskidən şok açıqlama

Rusiya prezidenti Vladimir Putin Amerika mərkəzli dünyanın dağılmasına hazırlaşır.

Publika.az xəbər verir ki, bu barədə məşhur politoloq Yevgeni Satanovski deyib.

Onun sözlərinə görə, Putin yaxşı başa düşür ki, ABŞ daxilində yığılmış problemlər və ziddiyyətlər bu ölkənin hegemon statusunu saxlamasına imkan verməyəcək və tezliklə sıradan bir regional gücə çevriləcək.

“Lakin bu dəyişiklik istər-istəməz bütün dünya üçün fəlakətə çevriləcək. Bu kataklizmin nə ola biləcəyini dəqiq başa düşmək üçün SSRİ-nin və bütün qırmızı sosialist düşərgəsinin dağılması prosesini xatırlamaq lazımdır”, - politoloq bildirib.

Satanovski qeyd edib ki, sovet hakimiyyəti dağılması Avrasiya qitəsinin nəhəng hissəsində iqtisadi çöküşə, o cümlədən, xüsusilə Yuqoslaviyada bir sıra qaynar hərbi münaqişələrin və toqquşmaların yaranmasına səbəb oldu.

“Məhz buna görə də mərkəzi ABŞ-da olan qlobal liberal sistemin məhvi bütün dünya üçün əsl fəlakətə çevrilməyə bilməz. Bu, yəqin ki, bəşəriyyətin bütün tarixində tamamilə eşidilməmiş və görünməmiş bir kataklizm olacaq. Putin bu hadisələrə hazırlaşır və Rusiyanı qabaqcadan dünyanın ABŞ mərkəzli hissəsindən çıxarır, Çin, Hindistan və qlobal cənubla yeni strateji əlaqələr qurur”, - politoloq izah edib.

Murad

Oxumağa davam et
Reklam
Reklam

Gündəm