Türkiyənin "yaşlı insan" problemi
Bizi izləyin

Region

Türkiyənin "yaşlı insan" problemi

Türkiyə əhalisi arasında yaşı 65 və daha çox olan insanların sayı son 5 ildə 21,4 faiz artaraq 8 722 806 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyə Statistika Qurumunun 2023-cü il üçün araşdırmasının nəticələrinə dair hesabatda bildirilib.

Məlumata görə, 2023-cü il etibarilə Türkiyədə yaşlıların ümumi əhaliyə nisbəti 10,2 faizə yüksəlib. Onların 44,5 faizini kişilər, 55,5 faizini qadınlar təşkil edib.

Hesablamalara əsasən, gələcək illərdə də ölkədə ümumi əhali sayı ilə nisbətdə yaşlıların sayının artması davam edəcək. Belə ki, bu nisbətin 2060-cı ildə 22,6 faiz və 2080-ci ildə isə 25,6 faiz olacağı proqnozlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm