Ermənistanda zəlzələ olsa, bu qədər zərər dəyəcək
Bizi izləyin

Region

Ermənistanda zəlzələ olsa, bu qədər zərər dəyəcək

Aktiv seysmik zonada yerləşən Ermənistanda baş verən zəlzələ zamanı dəyən zərər 2,4 milyard dollara çata bilər.

Publika.az xəbər verir ki, bu barədə Avrasiya Sabitləşdirmə və İnkişaf Fondunun (EFSD) analitiklərinin hesabatında bildirilir.

Tədqiqat çərçivəsində ölkə profilləri, o cümlədən coğrafiya, iqlim, demoqrafiya və iqtisadiyyata dair sistemli məlumatlar, həmçinin keçmiş təbii fəlakətlər haqqında məlumatların tərtibi və təhlili tərtib edilib.

Qeyd olunur ki, 1992-2023-cü illər ərzində Ermənistanda ən çox rast gəlinən təbii fəlakətlər tufanlar (38%) və daşqınlar (23%) olub. Bununla belə, maksimum zərər 2000-ci ildəki quraqlıq (2022-ci il qiymətləri ilə 170 milyon ABŞ dolları) və 1988-ci ildəki Spitak zəlzələsi (2022-ci il qiymətləri ilə 34,6 milyard dollar) tərəfindən vurulub.

Bildirilir ki, hazırda ölkədə zəlzələlərdən birbaşa itkilər 2,4 milyard dollara çata bilər (2022-ci il ÜDM-in 12,3%-i). Hesabatda deyilir ki, ən həssas bölgə Lorinin cənub hissəsində yerləşir.

EFSD ekspertləri təbii fəlakətlərin makroiqtisadi parametrlərə və dövlətin borc dayanıqlığına təsirini qiymətləndirmək üçün istifadə edilə bilən fəaliyyət alqoritmi hazırlayıblar.

“Təqdim olunan yanaşma və qiymətləndirmələr fiskal strategiyaların, eləcə də təbii fəlakətlərin qarşısının alınması və onların nəticələrinə uyğunlaşma strategiyalarının işlənib hazırlanması üçün istifadə edilə bilər”, - EFSD-nin icraçı direktorunun müavini, baş iqtisadçı Sergey Ulatov qeyd edir.

Onun sözlərinə görə, bu, maliyyə risklərinin daha effektiv idarə olunmasına və iqtisadi inkişafın sabitliyinin təmin olunmasına töhfə verəcək.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm