Saakaşvili Gürcüstana qarşı iddiasını geri götürdü
Bizi izləyin

Region

Saakaşvili Gürcüstana qarşı iddiasını geri götürdü

Həbsdə olan Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) verdiyi iddiasını geri götürərək, səhhətinə görə həbs cəzasının ləğvini və xaricə müalicəyə göndərilməsini tələb edib.

Publika.az xəbər verir ki, bu barədə Gürcüstanın ədliyyə naziri Rati Breqadze brifinqdə məlumat verib.

Qeyd edək ki, 6 fevral 2023-cü ildə Tiflis Şəhər Məhkəməsi və martın 2-də Tiflis Apellyasiya Məhkəməsi keçmiş prezidentin səhhətinə görə həbs cəzasını təxirə salmaqdan imtina etdikdən sonra Saakaşvilinin vəkilləri AİHM-ə müraciət etmək qərarına gəliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm