Böyük Britaniya və ABŞ İranı yeni sanksiyalarla VURDU
Bizi izləyin

Region

Böyük Britaniya və ABŞ İranı yeni sanksiyalarla VURDU

Böyük Britaniya və ABŞ İranın İsrailə hücumundan sonra İranın aparıcı hərbi xadimlərinə və qurumlarına sanksiyalar tətbiq edib.

Publika.az Böyük Britaniyanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Birləşmiş Krallıq İranın İsrailə hücum etməsi imkanının yaradılmasına və regionda sabitliyin pozulmasına görə daha yeddi fiziki şəxsə və altı quruma sanksiyalar tətbiq edib.

ABŞ ilə razılaşdırılmış paketdə İranın aparıcı hərbi xadimlərinə sanksiya tətbiq olunub. Böyük Britaniya və ABŞ, həmçinin İranın pilotsuz uçuş aparatı (PUA) və raket istehsalı sahəsində fəaliyyət göstərən əsas şəxslərinə və qurumlarına qarşı da bir sıra sanksiyaların tətbiq olunduğu elan edib. İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri və İran Silahlı Qüvvələrinin Baş Qərargahı da sanksiyalara məruz qalan qurumlar arasındadır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm