Abdullahian İsrailə hücumun məqsədini AÇIQLADI
Bizi izləyin

Region

Abdullahian İsrailə hücumun məqsədini AÇIQLADI

"İran İsrailə hücum etməklə, Tehranın cavab vermək üçün vasitələri olduğunu göstərmək istəyirdi".

Publika.az xəbər verir ki, bu barədə İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Hüseyn Əmir Abdullahian CNN telekanalında bildirib.

Onun sözlərinə görə, əsas məqsəd İsrail hökumətinə aydın mesaj verməkdir.

Diplomat izah edib ki, 13 aprel hücumu məhdud xarakter daşıyır və minimum çərçivədən kənara çıxmayıb.

“Bir daha təkrar edirəm: biz regionda xaosun, müharibənin və gərginliyin genişlənməsinin əleyhinəyik”, - o vurğulayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm