Əfv Məsələləri Komissiyası SABAH TOPLANIR - Sənədlər təqdim olunacaq
Bizi izləyin

Sosial

Əfv Məsələləri Komissiyası SABAH TOPLANIR - Sənədlər təqdim olunacaq

22 mayda Əfv Komissiyasının növbəti iclası keçiriləcək.

Publika.az xəbər verir ki, bu sözləri Axar.az-a Əfv Komissiyasının üzvü Rəşad Məcid deyib.

“Əlavə olaraq, sonrakı günlərdə də iclas keçirilə bilər. Hər iclasda yüzdən artıq müraciətə baxılır. Proses yekunlaşdıqdan sonra sənədlər Cənab Prezidentə təqdim olunacaq”, - R.Məcid bildirib.

Qeyd edək ki, komissiyanın bu il indiyədək 5 iclası keçirilib və 500-dən çox müraciətə baxılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm