Abdullahian Rəisi ilə birlikdə uçmamalı idi: Qəza ilə bağlı yeni təfərrüat
Bizi izləyin

Region

Abdullahian Rəisi ilə birlikdə uçmamalı idi: Qəza ilə bağlı yeni təfərrüat

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian İslam Respublikasının prezidenti İbrahim Rəisi ilə birlikdə qəzaya uğrayan helikopterin göyərtəsində uçmamalı idi.

Publika.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti yazıb. İlkin olaraq Abdullahian və Təbriz valisi Malik Rəhmetinin başqa bir helikopterdə uçması planlaşdırılıb.

Nəşrin müəlliflərinin sözlərinə görə, İran XİN rəhbəri uçuşdan əvvəl son anda Rəisinin olduğu helikopterə mindirilib.

İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmiləri daşıyan helikopter mayın 19-da ölkənin şimal-qərbində Verzeqan bölgəsində qəzaya uğrayıb. Mayın 20-də səhər saatlarında İranın vitse-prezidenti Möhsün Mənsuri helikopter qəzası nəticəsində prezidentin və nümayəndə heyətinin həlak olması ilə bağlı məlumatı təsdiqləyib.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm