İranın Rusiyadakı səfiri helikopter qəzası ilə bağlı versiyalardan DANIŞDI
Bizi izləyin

Region

İranın Rusiyadakı səfiri helikopter qəzası ilə bağlı versiyalardan DANIŞDI

"İran Prezidenti İbrahim Rəisinin göyərtəsində olduğu helikopterin qəzaya uğramasının əsas versiyası əlverişsiz hava şəraiti hesab olunur".

Publika.az xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazem Cəlali "News.ru"ya bildirib.

Onun sözlərinə görə, hazırda hadisə ilə bağlı araşdırmanın nəticələrini səbirlə gözləyirlər.

"Bu nöqtədə bildiyimiz odur ki, qəzaya əlverişsiz hava şəraiti səbəb olub. Aidiyyəti orqanlar bu işi araşdırır və bu gün biz bununla bağlı şərh verə bilmərik", - deyə o vurğulayıb.

Xatırladaq ki, mayın 19-da İbrahim Rəisinin helikopteri İranın Verzeqan şəhəri yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdə olan hər kəs həlak olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm