Ermənistanda müğənninin oğlu hakimiyyəti ələ keçirməyə cəhd etdi
Bizi izləyin

Region

Ermənistanda müğənninin oğlu hakimiyyəti ələ keçirməyə cəhd etdi

Ermənistan İstintaq Komitəsi müğənni Spitaktsinin oğlu Hayko Hraçya Qevondyanı hakimiyyəti ələ keçirməyə cəhddə ittiham edib.

Publika.az "Sputnik Ermənistan"a istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Dövlət əleyhinə, Konstitusiya quruluşunun əsasları və ictimai təhlükəsizlik üzrə cinayətlərin araşdırılması üzrə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaqın məlumatına görə, müxalif siyasi blokun nümayəndələrindən birinə yaxın olan Qevondyan ölkə liderinin daxili və xarici siyasəti ilə razılaşmayaraq, hələlik şəxsiyyəti məlum olmayan bir qrup şəxslə birlikdə hökumət, parlament və polisin binalarını ələ keçirməyi planlaşdırıb.

Onlar mayın 26-da keçiriləcək mitinqdə bu işlərin həyata keçirilməsi variantını nəzərdə tutublar. Lakin ondan asılı olmayan şəraitə görə Qevondyan planını həyata keçirə bilməyib, çünki onun planı Daxili İşlər Nazirliyi tərəfindən aşkar edilib.

İstintaq Komitəsinin yaydığı demək olar ki, bütün video kadrlarda Qevondyanın deputat Levon Koçaryanın (Ermənistanın ikinci prezidentinin oğlu) yanında dayandığı görünüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm