Sarkisyanın Baqrata verdiyi təlimatın detalları yayıldı: İrəvanda nə gözlənilir?
Bizi izləyin

Region

Sarkisyanın Baqrata verdiyi təlimatın detalları yayıldı: İrəvanda nə gözlənilir?

Ermənistanda “Tavuş” hərəkatının lideri Baqrat ölkənin sabiq prezidenti Serj Sarkisyanla görüşüb.

Publika.az xəbər verir ki, “Hraparak” bu görüşün təfərrüatları barədə məlumat yayıb. Bildirilir ki, keşiş Sarkisyana hesabat verib, təlimat alıb.

“Əldə etdiyimiz məlumata görə, bu yaxınlarda üçüncü prezidentin Dzoraqbyurdakı malikanəsində “Vətən uğrunda Tavuş” hərəkatının lideri Baqratla Serj Sarkisyan arasında görüş olub. Baqrat hərəkatın gələcək taktikası ilə bağlı fikirlərindən danışıb. O, əvvəldən proseslərin parlamentə keçirilməsinin tərəfdarı olduğunu, baş nazirə etimad göstərmədiyini, lakin hələlik əks istiqamətdə hərəkət edəcəklərini bildirib. Parlamentə girmək üçün küçə təzyiqini artıracaqlarını qeyd edib”, - nəşr bildirib.

Serj Sarkisyan isə məlumat verib ki, hərəkat İrəvana köçməzdən əvvəl “Vətən uğrunda Tavuş” hərəkatının təşəbbüsünü dəstəkləyiblər, mütəmadi olaraq qruplar halında Kirantsa baş çəkiblər. O, hərəkata dəstək verəcəklərini əmin edib.

“O, xüsusilə vurğulayıb ki, bu hərəkat “gözləntilər mübarizəsi”dir və son məqsəd Nikoldan qurtulmaqdır”, - məlumatda bildirilir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm