Ermənistanı tərk edən qarabağlı ermənilərin neçəsi geri qayıdıb? - Şərt qoyulub ki...
Bizi izləyin

Region

Ermənistanı tərk edən qarabağlı ermənilərin neçəsi geri qayıdıb? - Şərt qoyulub ki...

Ermənistanı tərk edən qarabağlı ermənilərin demək olar ki, yarısı yenidən ölkəyə qayıdıb.

Publika.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a əmək və sosial məsələlər nazirinin müavini David Xaçatryan məlumat verib.

Xaçatryan miqrasiya axınından da danışıb və etiraf edir ki, 15 minə yaxın insan gedib, lakin 7-8 mini geri qayıdıb

Rəsmi xaricdə qalan qarabağlıların da qayıdacağına əmindir.

“Bu, mənzil proqramının benefisiarlarına çevrilmək üçün lazımdır. Və bildiyiniz kimi, yalnız geri qayıdıb səlahiyyətli orqanlara müraciət etməklə orada iştirak edə bilərsiniz. Bundan sonra artıq mənzil aldıqdan sonra 10 il orada yaşamalısınız”, - Xaçatryan deyib.

Bu açıqlamadan aydın görünür ki, Ermənistanda demoqrafik durum acınacaqlıdır və ölkə hakimiyyəti vəziyyəti qarabağlı ermənilərin sayəsində nisbətən nizamlamaq niyyətindədir.

Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm